AFFA dəvət göndərdiyi futbolçu Rusiya yığmasında
23.09.2011 - 13:36
AFFA dəvət göndərdiyi futbolçu Rusiya yığmasında
Adı Azərbaycan millisi ilə yanaşı hallanan Aleksandr Səmədov Rusiya yığmasına çağırılıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində rəqibimiz olan şimal qonşularımızın baş məşqçisi Dik Advokat bu gün açıqladığı 20 nəfərlik heyətə həmyerlimizin də adını daxil edib.

Hollandiyalı mütəxəssis AÇ-2012-nin qrup mərhələsində səfərdə Slovakiya (7 oktyabr), evdə Andorra (11 oktyabr) ilə görüşdə Səmədova şans vermək arzusundadır.

Qeyd edək ki, Aleksandr 2003-cü ilin avqustunda Azərbaycan yığmasına çağırılsa da, yalnız təlim-məşq toplanışı ilə kifayətlənmişdi.