Aleksandr Səmədov: Bunu indi sizdən öyrəndim
23.09.2011 - 13:56
“Düzünü deyim ki, Rusiya yığmasına dəvət edildiyim üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bunu Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədov deyib.
Soydaşımızın milli komandamıza gəlişi artıq mümkün olmayacaq. Belə ki, Dik Advokat bu gün açıqladığı Rusiya millisinin heyətinə Səmədovun da adını əlavə edib. Bu isə yarımmüdafiəçinin özü üçün də gözlənilməz olub: “Bunu indi sizdən öyrəndim. “Dinamo”nun heyətində ən yaxşı oyunumu göstərməyə çalışırdım. Komanda üçün var gücümü ortaya qoyurdum. Son zamanlar isə çalışırdım ki, “məni yığmaya çağıracaqlar, yoxsa yox” barədə heç fikirləşməyim. Əlbəttə ki, qarşıda millimizin Avro-2012-nin seçmə mərhələsinin vacib oyunların olması məsuliyyətimi artırır. Bir daha təkrar edirəm, bu, mənə çox xoşdur”.

0
0