FİFA hakiminə 2,5 illik həbs cəzası
24.09.2011 - 10:46
Sabiq FİFA hakimi Bayron Moreno haqda 2,5 illik həbs cəzası kəsilib. Apasport.az saytının məlumatına görə, ekvadorlu referi Nyu-Yorkun dairə məhkəməsi tərəfindən narkotiklərin daşınmasına görə azadlıqdan məhrum olunub. Hələ ötən ilin sentyabrında ABŞ-ın Kennedi hava limanında həbs olunan Morenoa 6 kiloqram geroin tapılmışdı.
Qeyd edək ki, Bayron futbol ictimaiyyətinə 2002-ci il dünya çempionatının 1/8 finalında İtaliya – Cənubi Koreya oyununda idarəçiliyi ilə tanındı. Həmin görüşdə onun birmənalı olmayan bir sıra qərarları asiyalıları turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmağa imkan verdi.

0
0