“Neftçi” bəyanat yaydı
24.09.2011 - 11:56
Premyer Liqanın VII turunun "Neftci" - "Bakı" görüşündən sonra "Bakı" klubunun futbolçusu Elvin Əliyevlə bağlı baş vermiş olaylarla əlaqədar hər iki klubun rəsmiləri bir araya gələrək, hadisələrə münasibət bildiriblər. Apasport.az saytının “Neftçi” klubu bununla bağlı bəyanat yayıb. Bildirilir ki, bütün məsələlərə aydınlıq gətirildikdən sonra, hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqlənib. Həm "Neftci", həm də "Bakı" klubu bu cür halların bir daha yaşanmaması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
0
0