Əsgər Abdullayev hələ belə şey görməmişdi...
24.09.2011 - 12:18
Əsgər Abdullayevin “Turan”dan gedişi ilə baş məşqçi karyerasında ən böyük uğursuzluqla üzləşdi. Apasport.az saytının məlumatına görə, 51 yaşlı çalışdırıcı Premyer Liqanın VII turunda evdə “Rəvan”a məğlubiyyətdən sonra Tovuz klubunun sükanı arxasından istefa verməklə, ən qısa müddətli fəaliyyətini yaşadı.
Belə ki, Abdullayev təxminən 15 illik məşqçilik karyerasında postundan hələ belə tez getməmişdi. Onun mövsümlərarası fasilədə “sükanı arxası”na keçdiyi “Turan”la əməkdaşlığı cəmi 2 ay çəkdi.
Baş məşqçi kimi ilk addımlarını hələ ötən əsrin 90-cı illərində “Şəfa” klubunda atan Abdullayev əsas və 21 yaşlılardan ibarət yığmalarımızı (U-21) da çalışdırıb. Hər 2 yığmada tarixi nəticələrə imza atan təcrübəli mütəxəssis millimizə səfərdə rəsmi oyunda ilk dəfə xal qazandırıb, U-21 isə seçmə mərhələdə məhz onunla ən çox qazanıb.
Ancaq karyerasında ilk dəfə əyalətdə çalışmaq Abdullayevə düşərli olmadı. Belə ki, o, maddi problemləri aradan qalxmayan, nəticədə uğursuz çıxış edən “Turan”la artıq VII turdan sonra yollarını ayırmağa qərar verdi.
Abdullayev bunadək “Şəfa”, “Bakı” və “Olimpik”də (sonradan “Olimpik-Şüvəlan”) ən azı 2 il çalışıb. O, bu komandalardan ilk 2-si ilə ölkə kubokunu, “təyyarəçilər”lə gümüş medal qazanıb. Hər 3 paytaxt təmsilçisi ilk dəfə avrokuboklara məhz Abdullayevin rəhbərliyi altında çıxıb. O, “Bakı” və “Olimpik-Şüvəlan”dan uğursuzluğa görə istefaya göndərilmişdisə, “Şəfa”dan da “Turan” kimi özü getmişdi. Özü də maraqlıdır ki, həmin vaxt “Şəfa”da da maddi sıxıntılar içərisində olaraq autsayderlər sırasında yer almışdı və az sonra dağılaraq tarixin yaddaşına köçdü.
Çalışdırıcı “Turan”da hər 2 qələbəsini evdə əldə etdi, səfərdə isə xal qazana bilmədi. Ümumiyyətlə, Abdullayevin son komandasında sülhsevər olmadı. Belə ki, “Turan” cari mövsümdə hələ heç-heçə etməyib və buna imza atan yeganə komandadır.
Əsgər Abdullayevin “Turan”ın baş məşqçisi kimi keçirdiyi oyunlar
Premyer Liqa
I tur: “İnter” – “Turan” – 1:0
II tur: “Turan” – “Kəpəz” – 3:1
III tur: “Xəzər Lənkəran” – “Turan” – 3:1
IV tur: “Turan” – “Simurq” – 1:0
V tur: “Qəbələ” – “Turan” – 2:1
VI tur: “Turan” – “Bakı” – 0:2
VII tur: “Turan” – “Rəvan” – 0:1
Nəticə: 7 oyun: 2 qələbə, 5 məğlubiyyət (topların fərqi 6-10)
Mehman SÜLEYMANOV

0
0