Aslan Kərimov: Meydana çıxmaq istəsəm də, ayaqlarım sözümə baxmır
24.09.2011 - 13:17
“Bildiyiniz kimi, adım Peşəkar Futbol Liqasına təqdim olunan iştirak ərizəsində var. Yəni, mövsüm ərzində meydançaya çıxa bilərəm. Düzü, bunu yaxın turlarda etmək istəsəm də, ayaqlarım sözümə baxmır. Əvvəlki zədələr məni rahat buraxmır. Özümü hələ də ağır hesab edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq kapitanı, U-15 yığmasının baş məşqçisi Aslan Kərimov deyib.
Eyni zamanda, “Sumqayıt-Şəhər” klubunda oynayan-məşqçi funksiyasını yerinə yetirən Kərimov debütantın ümumi nəticələri ilə bağlı da fikir bildirib. Hazırkı vəziyyət Kərimovu narahat edir: “Komandada əhval ruhiyyə yaxşıdır. Sadəcə, az xal yığmaq bizi narahat edir. Düzü, əvvəlcədən bilirdik ki, bizim heyət yüksək yerlər uğrunda mübarizə apara bilməyəcək. Əsas məqsəd oyun keyfiyyətini yaxşılaşdırmaq və gənclərə təcrübə qazandırmaqdır. Məncə, buna nail olmaqdayıq”.
Qeyd edək ki, “Sumqayıt Şəhər” klubunun böyük hissəsini U-17, U-19, U-21 yığmalarının üzvləri təşkil edirlər.

0
0