Lələ köçüb, yurdu qalıb
24.09.2011 - 14:36
Tovuzun “Turan” klubunda son vəziyyət məlum olub. Apasport.az saytının məlumatına görə, hazırda komandanın bazasında futbolçu qalmayıb.
Maliyyə problemi son həddə çatdığından baş məşqçi Əsgər Abdullayevlə yanaşı, futbolçular da düşərgəni tərk ediblər. Yerli futbolçular Bakıya qayıdıblarsa, gürcü legionerlər vətənlərinə yollanıblar. Ukrayna və Braziliyadan olan legionerlər isə Bakıda gözləmə mövqeyi tutublar.
Futbolçuların son qərarlarını verməyə tələsməməsi az da olsa, ümid işığının olması ilə əlaqədardır. Belə ki, Tovuzu tərk etməzdən öncə rəhbərlik futbolçularla növbəti dəfə görüşüb. Artıq xeyli vaxtdır futbolçuları süründürən rəhbərlik bütün məsələlərə yeni həftənin əvvəllərində aydınlıq gələcəyini deyib. Əgər maliyyə problemi həll olunarsa, futbolçular qışa qədər oynamağı qəbul edəcəklər.
Pul verilməyəcəyi təqdirdə, hazırkı futbolçular “Qarabağ”la görüşə çıxmayacaqlar. Belə olan halda, “Turan” “Qarabağ” önünə əvəzedici heyətlə oynayacaq.
Qeyd edək ki, baş məşqçisiz qalan komandanın futbolçuları 2 aylıq maaşlarını almayıblar.

0
0