Elnur Abdullayev: Baş məşqçi şans verdi, mən də özümü göstərdim
24.09.2011 - 14:47
“Oyunun çətin keçəcəyini bilirdik. “Qəbələ” çempionluq uğrunda mübarizə aparan komandadır. Bizim də əsas məqsədimiz qızıl medala sahib çıxmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkaran”ın futbolçusu Elnur Abdullayev deyib.
Cari mövsümdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni məğlub edərək, ən yaxın izləyicisi ilə xal fərqini bir qədər də artırdı. İkinci hissədə meydana daxil olan Abdullayev komandasının qələbə qoluna imza atdı.
Gənc yarımmüdafiəçi əsas məqsədlərinin xal fərqini artırmaq olduğunu bildirib: “Evdə keçirdiyimiz oyunlarda daha iddialıyıq. Bu qələbə daha çox bizə lazım idi. Xal fərqini bir qədər də artırmaq istəyirdik. Qələbə qazanaraq, istəyimizə nail olduq”.
Ehtiyatda qalmasına aydınlıq gətirən Abdullayev bunun baş məşqçi Mirça Rednikin seçimi olduğunu vurğulayıb. Futbolçu növbəti oyunlarda da qələbə qazanaraq uğurlu seriyanı davam etdirəcəklərini sözlərinə əlavə edib: “Mənim üçün uğurlu gün idi. Məşqçimiz oyuna buraxdı, çıxdım qol vurdum. Növbəti oyunda da qələbə qazanmağa çalışacağıq. Ehtiyatda qalmağıma gəlincə, baş məşqçinin işinə qarışa bilmərəm. Belə məsləhət bilir, məni ehtiyatda saxlayır. Baş məşqçi şans verdi, mən də özümü göstərdim”.

0
0