Sergey Yuran: Əsas məqsədimiz “Neftçi”yə qarşı yaxşı oynamaqdır
24.09.2011 - 16:51
Sergey Yuran: Əsas məqsədimiz “Neftçi”yə qarşı yaxşı oynamaqdır
“Matçın nəticəsi məni qane etdi. Gərgin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un baş məşqçisi Sergey Yuran deyib.

Rusiyalı mütəxəssis Premyer Liqasının VII turunda “Sumqayıt Şəhər”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında problemlərdən şikayətlənib: “Zaqatalada stadionun ot örtüyü sünidir, burada isə təbii otdur. Süni ot örtüyündən qazona keçmək çox çətindir. Bəzi problemlərimiz var. Amma çalışırıq ki, bu problemləri aradan qaldıraq. İndi qarşımızda duran əsas məqsəd odur ki, “Neftçi”yə qarşı yaxşı oynayaq. Daha sonra yaranacaq fasilədən istifadə edib bəzi problemlərimizi aradan qaldırmağa çalışacağıq”.