Samir Əliyev: Uşaqların gözlərində alışıb-yanmanı görmürəm
26.09.2011 - 12:40
“Rəhbərlikdən “Rəvan”la oyundan sonra bizə zəng vuracaqlarını demişdilər. Amma hələlik nə zəng vuran var, nə də əlaqə saxlayan”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun hücumçusu Samir Əliyev deyib.
Son vaxtlar maliyyə sıxıntıları üzündən gündəmdən düşməyən Tovuz təmsilçisində sular durulmaq bilmir. Ötən həftə məşqi boykot etməklə rəhbərliyə narazılıqlarını bildirən futbolçular sonradan “Rəvan”la matça çıxmaqla, komandanın texniki məğlubiyyətlə üzləşməsinə imkan vermədilər.
Ancaq görüşdən dərhal sonra azarkeşlərlə vidalaşan futbolçular evlərinə yollanıblar. Onlara məsələ həll olunan kimi zəng olunacağı deyilib. Ancaq hələlik dəyişən heç nə yoxdur.
Əslində, təcrübəli futbolçu bu gedişlə dövrənin sonuna qədər futbolsuz qala biləcəklərini də istisna etməyib: “Oyundan dərhal sonra Bakıya gəldim. Heç kimlə danışmamışam. Maaşlar verilməsə, yəqin qışa qədər futbolsuz qalacağıq. Ödəniləcək məbləğ də böyük deyil”.
Əliyev maaşsız bir müddət də oynamağın əleyhinə deyil. Lakin bunu üçün komandadakı ab-havanın düzəlməsinin tərəfdarıdır: “Pulsuz da oynamaq olar. Ancaq komandada atmosfer yaxşı olmayacaq. Uşaqların gözlərində alışıb-yanmanı görmürəm. Düzdür, yemək zəifdir. Digər yandan futbolçuların da ailəsi var, onları qınamaq olmaz. Elə etmək lazımdır ki, uşaqlarda istək olsun. Bu olmayandan sonra meydana çıxmağın mənası yoxdur”.

0
0