Hacıyevskinin bacarmadığını Yuran reallaşdırdı
26.09.2011 - 13:22
“Simurq” Premyer Liqada “qara zolaq”dan çıxmağı bacarıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi 2006-cı ildən çıxış etdiyi milli çempionatımızda ardıcıl 2 qələbə qazana bildi.
Bu, komandanın rusiyalı yeni baş məşqçisi Sergey Yuranın rəhbərliyi altında son 2 turda reallaşıb. “Simurq” evdə “Kəpəz”i yenəndən (4:2) sonra səfərdə “Sumqayıt Şəhər”ə minimal hesabla qalib gəldi – 1:0. Özü də hər 2 qələbədə yeni transfer Robertas Poşkusun böyük əməyi oldu. Son 2 mövsümü “İnter”də keçirən təcrübəli litvalı hücumçu hazırkı komandasında ilk qollarını vurdu.
Zaqatalalıların bu 2 qələbəsinin yalnız turnir cədvəlində təhlükəli zonadan çıxaraq, vəziyyətini xeyli yaxşılaşdırmağı ilə bağlı diqqətçəkən deyil. Məsələ ondadır ki, “Simurq” artıq il yarımdır ardıcıl 2 qələbə qazana bilmirdi. Komandanı ötən mövsüm çalışdıran Qyoko Hacıyevski azsaylı qələbələr qazandırsa da, bunun heç biri ardıcıl olmamışdı.
Makedoniyalı mütəxəssis Premyer Liqada saxlaya bilmədiyi Zaqatala təmsilçisi ilə yollarını son turun oyunun gözləmədən ayırdı və komanda onsuz mövsümü evdə “Gəncə” üzərində qələbə ilə başa vurdu (4:3). “Simurq”un son 2 qələbəsi isə güclülər dəstəsində onun ilk baş məşqçisi olan, 4 il çalışdıran Roman Pokora ilə qazanmışdı.
Bu, 2009/10 mövsümünün ilk mərhələsinin son turunda təsadüf etmişdi. Onda komanda ukraynalı mütəxəssisin rəhbərliyi altında XXI turda fevralın 17-də evdə “Olimpik”ə 2:0, XXII turda fevralın 21-də səfərdə “Turan”a 2:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, ötən çempionatı 11-ci yerdə bitirən “Simurq” “Muğan”ın imtinasından sonra Premyer Liqada saxlanıldı.
Mehman SÜLEYMANOV

0
0