Uinston Parks Braziliya yığması ilə oyuna çağırıldı
27.09.2011 - 10:44
Uinston Parks Braziliya yığması ilə oyuna çağırıldı
Kosta-Rika milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də Braziliya ilə yoldaşlıq oyunu keçirəcək mərkəzi amerikalılar bu matça 22 futbolçu çağırıb.

“Bakı” klubunun üzvü Uinston Parks da məşhur Julio Sezara qol vurmaq üçün dəvət olunan 4 hücumçu sırasındadır. O, pentakampeonları məyus etməyə çalışmalıdır.

Qeyd edək ki, uzun fasilədən sonra ötən ay milliyə çağırılan Parks ABŞ-la (1:0) görüşdə ehtiyatda qalıb, Ekvadorla (0:4) matçda darmadağının səbəbkarlarından olmuşdu.