İbrahim Üzülməz Azərbaycan səfərindən razı qalıb
27.09.2011 - 10:55
İbrahim Üzülməz Azərbaycan səfərindən razı qalıb
“Beşiktaş”ın sabiq kapitanı İbrahim Üzülməz Azərbaycana səfərindən razı qalıb. Apasport.az saytının məlumatına görə, karyerasını “Qara Qartallar”ın heyətində başa vuran 38 yaşlı müdafiəçi AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Bakıda keçirdiyi Pro kateqoriyalı məşqçilər kursunda iştirak etdi: “Məşqçilik diplomu üçün getdiyim Azərbaycandan döndüm. Burada üst-üstə 1 ay kursa getdim. Yavaş-yavaş məşqçi karyerama hazırlanıram. Ümid edirəm ki, futbolçu həyatım kimi, məşqçilik karyeramın da dolu keçəcək”.