Bakı derbisində baş verənlər cəzasız, “Qarabağ” məşqçisiz qaldı
27.09.2011 - 11:39
Bakı derbisində baş verənlər cəzasız, “Qarabağ” məşqçisiz qaldı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda ölkə çempionatının ötən həftə baş tutan oyunlarında baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

VII turun “Neftçi”– “Bakı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat cərimə olunub. Lakin oyundan sonra yaşanan xoşagəlməz hadisələrə, Elvin Əliyevin döyülməsi məsələsinə baxılmayıb.

AZAL – “Qarabağ” matçının 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Georgi Adamiya 1 oyunluq cəzalanıb və qonaqlar 200 manat cəriməyə məruz qalıb.

Matçın 80-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Çudomir Çakarov texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb və klubunu 1000 manat ziyana salıb.