“Turan” rəhbərliyinə inanan yoxdur
27.09.2011 - 12:16
“Turan” rəhbərliyinə inanan yoxdur
“Turan” klubunda qeyri-müəyyənlik davam edir. Apasport.az saytının məlumatına görə, cümə günü Premyer Liqanın VIII turunda “Qarabağ”la qarşılaşmalı olan qərb təmsilçisi hələlik məşqləri bərpa etməyib.

Belə ki, futbolçuların böyük əksəriyyəti hazırda Bakıda gözləmə mövqeyi tuturlar. Rəhbərlikdən zəng vurub həmin futbolçuları Tovuza çağırsalar da, bu vədlərə inanan yoxdur.

Əldə etdiyimiz məlumata görə, prezident Musa Süleymanov zənglərdən bezdiyi üçün məsuliyyəti vitse-prezidentin üzərinə atıb. Onun müəyyən məbləğlə Tovuza yollandığı bildirilsə də, hələlik nə stadion işçilərinə, nə də digərlərinə maaş verilib.

Vəziyyət belə davam edərsə, “Turan” “Qarabağ” qarşısına əvəzedici heyətlə çıxacaq.