Avstriya yığması Bakıya təcrübəsiz qapıçılarla gəlir
27.09.2011 - 13:27
Avstriya yığması Bakıya təcrübəsiz qapıçılarla gəlir
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Avstriya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi funksiyasını icra edən Villi Ruttensteyner oktyabrdakı 2 oyuna 23 futbolçu çağırıb.

Ayın 7-də millimizlə, 4 gün sonra Qazaxıstanla matçlarda bu postda olacaq çalışdırıcı Andreas İvanşits kimi bir neçə oyunçunu yenidən heyətə qaytarıb. Ən maraqlısı isə o, qapıda təcrübəsizlərə güvənir. Milliyə çağırılan 3 qapıçıdan yalnız 1, o da 1 dəfə yığma forması geyib.

Qapıçılar: Robert Almer (Fortuna, Almaniya, 0/0), Paskal Qrünvald (Austriya, Vyana, 1/0), Yorq Siebenhandl (Viener Neuştadt, 0/0)

Müdafiəçilər: Ekrem Dağ (Beşiktaş, Türkiyə, 8/0), Aleksandar Draqoviç (Bazel, İsveçrə, 12/0), Kristian Fuş (Şalke, Almaniya, 44/1), Florian Kleyn (Austriya, Vyana, 10/0), Manuel Ortlexner (Austriya, Vyana, 7/0), Emanuel Poqatets (Hannover, 46/2), Sebastyan Prodl (Verder, Almaniya, 29/3), Frans Şiemer (Austriya, Zalsburq, 21/4)

Yarımmüdafiəçilər: David Alaba (Bavariya, Almaniya, 13/0), Culian Baumqartlinger (Mayns, Almaniya, 16/0), Martin Harnik (Ştutqart, Almaniya, 27/6), Andreas İvanşhits (Mayns, Almaniya, 49/7), Yakob Yantçer (Austriya, Zalsburq, 9/1), Zlatko Yunuzoviç (Austriya, Vyana, 14/0), Pol Şarner (Vest Bromviç Albion, İngiltərə, 36/0), Kristofer Trimmel (Rapid, 3/0)

Hücumçular: Marko Arnautovic (Verder, Almaniya, 13/5), Filip Hosiner (Admira, 0/0), Mark Yanko (Tvente, Hollandiya, 21/7), Stefan Mayerhofer (Austriya, Zalsburq, 18/1)

Ehtiyat oyunçular: Hayns Lindner (Austriya, Vyana, 0/0), Khristofer Dibon (Admira, 1/1), Ervin Hoffer (Ayntraxt, Almaniya, 27/4), Veli Kavlak (Beşiktaş, Türkiyə, 13/0), Stefan Kulovits (Rapid, 4/0), Roland Lins (Austriya, Vyana, 39/8), Daniel Royer (Hannover, Almaniya, 5/0), Markus Suttner (Austriya, Vyana, 0/0), Manuel Veber (Şturm, 0/0)