Hillebrand və Vaqner Azərbaycan yığmasında - FOTO
27.09.2011 - 14:34
Hillebrand və Vaqner Azərbaycan yığmasında  - FOTO
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sissi Rayt Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sentyabrın 30-da Ukrayna, oktyabrın 2-də İspaniya, oktyabrın 5-də isə Bosniya və Herseqovina komandaları ilə baş tutacaq oyunlara 17 futbolçu çağırıb.

Bu futbolçulardan 4-ü milliləşən legionerlərdir. Neçə vaxtdır yığmamızda çıxış edən Olya Sioşvilinin ardınca Melis Sarıaltın, Sinem Solmaz, Lara-Meltem Vaqner və Vivien Eda Hillebrand da yığmamıza cəlb olunub.


Millimizin heyəti: Mədinə Xələfova, Əminə Heydərova, Kamilla Məmmədova, Şəfəq Nəsirova, Aliyə Vəliyeva, Jalə Məhsimova, Suğra Xəlilova, Sevinc Qurbanova, Nərgiz Ömərova, Olya Şioşvili, Vivien Eda Hillebrand, Leyla Solmaz, Melis Sarıaltın, Sinem Solmaz, Lara-Meltem Vaqner, Şahnaz Məmmədova, Ləman Bağırova.