Doroşevin Latviya yığmasında oynamaq şansı yaranıb
27.09.2011 - 15:10
“Qəbələ”nin qapıçısı Pavel Doroşevin Latviya millisində debüt etmək şansı yaranıb. Bu barədə apasport.az saytına 31 yaşlı legionerin özü məlumat verib. O, Avro-2012-in seçmə mərhələsində komandasının son rəsmi oyunlarda iştirakını istisna etməyib.
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov çalışdırdığı Latviya yığmasına Doroşevi uzun fasilədən sonra çağırsa da, bu ay Yunanıstan və Gürcüstanla rəsmi oyunlarda onu ehtiyatda saxladı. Təcrübəli mütəxəssis Doroşevə bu dəfə oktyabrın 7-də Malta ilə ev, 4 gün sonra Xorvatiya ilə səfər oyununa açıqladığı heyətdə yer verib.
Budəfəki dəvəti gözləyən Pavel meydana çıxmaq imkanları haqda danışıb: “Ola bilsin ki, qarşıdakı görüşlərin birində oynadım. Artıq neçə vaxtdır yığmamızın əsas qapıçısı olan Andrey Vaninin hesabına 3 sarı vərəqə var. Yəni, İsveçrənin “Syon” klubunda oynayan həmkarım daha birini alarsa, cəzalı duruma düşərək, növbəti matça buraxmalı olacaq. Bu zaman Starkov ehtiyat qapıçı kimi məni meydana buraxa bilər. O, bunu etmək fikrində olsa, yüz faiz etimadını doğrultmağa hazıram. Əlbəttə, mən yığmada oynamaq istəyirəm. Ancaq əlbəttə ki, həmkarımın cəzalanıb, kənarda qalmasına bahasına yox. Bunun baş verməyi təkcə mənim yox, yığmamız üçün arzuolunmazdır”.
Qeyd edək ki, Doroşevi ölkəmizdə oynadığı 3 ildə yığmaya ilk dəfə Starkov çağırdı.
Mehman SÜLEYMANOV

0
0