“Siz məni ehtiyata göndərirsiniz?”
27.09.2011 - 17:00
“Qəbələ” klubunun və Latviya yığmasının qapıçısı Pavel Doroşevin apasport.az saytına qapıçısı
- Cari mövsümdə nəticə qazanmağı gözlənilən “Qəbələ” son 2 turda “Neftçi” və “Xəzər Lənkəran”a uduzmaqla, ümidləri boşa çıxardı. Əsas rəqiblərinizə məğlubiyyətləri nə ilə izah edərdiniz?
- Bu, futboldur. “Neftçi” ilə “Xəzər Lənkəran” əla komandalardır, əla da oynadılar. Bizə qalib gəldilərsə, deməli, həmin gün onlar güclü idilər.
- Belə demək olarmı ki, uduzubsa, “Qəbələ” onlardan zəifdir...
- Sadəcə, həmin gün “Neftçi” və “Xəzər Lənkəran” daha yaxşı oynadı. Ancaq həyat bununla bitmir ki... Mövsüm yeni başlayıb, qarşıda hələ uzun marafon var. Premyer Liqada gözlənilməz nəticələr çox olur. Biz ilk turda “Bakı” ilə görüşdə qələbəyə layiq idik. Ancaq qol imkanlarımızdan yararlana bilmədik və hesab 0:0 bitdi. Ona qalsa, səfərdə “Qarabağ”a 1:0 hesabı ilə gəldik.
- “Qarabağ”, “Neftçi” və “Xəzər Lənkəran”la II dövrədə öz meydanınızda oynayacaqsınız. Bu üstünlükdən istifadə etmək mümkündürmü?
- Əlbəttə. Həmin görüşlərdə məğlubiyyətin əvəzini çıxa bilərik. Son 2 turda uduzmağımızla, heç nə bitməyib. Mübarizə hələ qabaqdadır. Qorxulu heç nə baş verməyib. Futbolda heç kim məğlubiyyətdən sığortalanmayıb. Ötən mövsümü xatırlayın. Onda biz ilk 5 oyundan cəmi 1 xal toplamışdıq. Sonradan isə öz sözümüzü deyə bildik. 12 oyun uduzmadıq. Evdə “Xəzər Lənkəran” və “Qarabağ”a qalib gəldik. Səfərdə “Neftçi”yə uduzmadıq, xal ala bildik.
- Həmin məğlubiyyətsiz seriyada böyük əməyiniz oldu. Hər halda, 10 oyun top buraxmadınız və “quru seriya”nız 952 dəqiqə sürməklə, çempionatda yeni rekord müəyyənləşdirdiniz...
- Bu seriya karyeramda xoş anlardandır. Hər şey Allahın əlindədir. Ötən ilki seriyama görə ilk növbədə Allaha minnətdaram. Ancaq Azərbaycan çempionatında yenidən belə rekord etmək, seriyaya malik olmaq real deyil.
- Niyə?
- Bunu belə izah edərdim ki, bu mövsüm Premyer Liqada çox gərgin mübarizə gedir, güclü komandalar var. Demək olar hamısı bərabər səviyyəli rəqiblərdir, asan, əhəmiyyətsiz oyunlar yoxdur. Belə mübarizədə uzun müddət qol buraxmamaq çox çətindir.
- Uduzduğunuz matçlarda öz oyununuzu necə dəyərləndirərdiniz?
- Belə deyərdim ki, komandamı xilas edə bilmədim. Qapıçı qol buraxıbsa, günahı ilk növbədə özündə görməlidir. Deməli, həmin epizodlarda yaxşı oynamamışam. Mən hər buraxılan qolda öz səhvimi axtarmağa çalışıram.
- “Xəzər Lənkəran”ın qələbə topu müzakirə obyektinə çevrildi. Yəni, Elnur Abdullayevin zərbəsindən sonra səhviniz qolla nəticələndi.
- Həmin epizoda çox baxmışam. Rəqibin qapıya vurduğu zərbəni dəf etmək üçün özümdən sol cinaha tullandım. Ancaq top son anda trayektoriyasını dəyişib, əks istiqamətə getdi. Ancaq dediklərim mənə haqq qazandırmır. Səhvim vardı və bunu boynumdan atmıram. Deməli, tez tullanmamalı, gözləməli idim. Digər tərəfdən, “Xəzər Lənkəran”ın futbolçusu 16 metrdən həmin zərbəni vursaydı, mən yenə həmin tərəfə tullanardım. Bir sözlə, həmin gün uğur “Xəzər Lənkəran”ın tərəfində idi.
- Oyundan sonra baş məşqçi Toni Adams buraxdığınız bu qola görə sizə narazılığını bildirdimi?
- Adams mənim peşəkarlığımı, özümə necə tələbkar yanaşdığımı bilir, başa düşür. Mən hər zaman özümə qarşı məsuliyyətli yanaşıram. Uşaq deyiləm ki... Səhvdən nəticə çıxarıb, bunun təkrarlanmamağa çalışıram.
- Əvəzləyiciniz şotlandiyalı təcrübəli qapıçı Qrem Smitdir. Necə düşünürsünüz, Adams artıq növbəti turda yaxşı tanıdığı bu qapıçını əsas heyətə qoya bilərmi?
- Buna baş məşqçi qərar verəcək. Heyətlə bağlı seçim ona məxsusdur. Siz məni ehtiyata göndərirsiniz? (gülür)
- Xeyr, Siz ən azı ötən mövsümkü çıxışınızla əsas heyətə layiq olduğunuzu sübut etmisiniz...
- Qapıçı kimi ilk növbədə komandanın uğurunu düşünürəm. Baş məşqçi futbolçusunu ehtiyata göndərirsə, deməli, ona inamını itirib.
- Smit haqda hansı fikirdəsiniz?
- Əla qapıçıdır. Adamsın mənə inamını saxlamağa çalışacağam. Baş məşqçinin qərarını müzakirə etmək mənlik deyil. Ehtiyata düşərəmsə, öz üzərimdə çalışıb, əsas heyətdə yerimi qaytarmalıyam.
Mehman SÜLEYMANOV

0
0