Elxan Məmmədov yığmanın futbolçuları ilə görüşdü - FOTOSESSİYA
27.09.2011 - 16:32
Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə görüşüb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş katib sentyabrın 30-da ilk rəsmi oyununu keçirəcək komandanın üzvlərinə AFFA rəhbərliyi adından uğurlar arzulayıb.
Yığmanın baş məşqçisi Sissi Rayt komandaya yaradılan yüksək səviyyəli şəraitlə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, sentyabrın 30-dan oktyabrın 5-dək Bakıda 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin IX qrupunun oyunları keçiriləcək. Bu qrupda Bosniya və Herseqovina, İspaniya, Ukrayna və Azərbaycan komandaları mübarizə aparacaq.

0
0