Julius Vobay “Xəzər Lənkəran”ın əsas komandasına qayıtdı
29.09.2011 - 14:24
“Xəzər Lənkəran” klubunun futbolçusu Julius Vobay əsas komandanın heyətinə qaytarılıb. Apasport.az saytının məlumatına görə, cari mövsümün əvvəlində əvəzedici heyətə göndərilən syerra-leoneli yarımmüdafiəçi artıq Mirça Rednikin rəhbərliyi altında hazırlıq keçir.
Afrikalı futbolçunun artıq sabah Premyer Liqanın VIII turunun “İnter”lə səfər matçında meydana çıxması da mümkündür. Elə baş məşqçi Mirça Rednik də buna ümid edir: “Ümidvaram ki, Vobay əvvəlki səhvlərindən nəticə çıxarıb. Yarımmüdafiəçinin bundan sonra işinə daha məsuliyyətlə yanaşacağına və azarkeşlərin əvvəlki Vobay görəcəyinə ümid edirəm”.
Qeyd edək ki, Premyer Liqada ilk turun “Sumqayıt Şəhər”lə matçında 71 dəqiqə oynayıb, 1 qol vurandan sonra əsas komandadan uzaqlaşdırılan Vobay əvəzedici heyətdə özünü göstərməli olub. O, 4 qarşılaşmada ümumilikdə 314 dəqiqə meydanda olub və 3 qola imza atıb.

0
0