Vaqif Cavadovun “svarşik” dostu
29.09.2011 - 15:15
Vaqif Cavadovun “svarşik” dostu
Rusiyanın “Volqa” klubunun futbolçusu Nikita Malyarov Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovu özünə dost sayır. Apasport.az saytının məlumatına görə, Nijni-Novqorod təmsilçisinin gənc oyunçusu 22 yaşlı həmyerlimizi digər komanda yoldaşlarından fərqləndirib: “Komandada daha çox Vaqif Cavadovla ünsiyyət qururam. Biz komandaya bir gəlmişik. Bir-birimizə uyğunlaşmaqda kömək etmişik. Səfərdə isə Andrey Yeşenko ilə yaşayıram. Onlar mənə “Volqa”da ən yaxın insanlardır”.

Qeyd edək ki, Malyarov ali təhsilə malikdir və bunun nəinki futbola, heç idmana aidiyyatı yoxdur. Vaxtilə Nalçik “Spartak”ında oynayan Nikita ixtisasca mühəndis-qaynaqçıdır.