Hollandiya millisinin sabiq futbolçusu Azərbaycana qayıdır
29.09.2011 - 15:38
“Qəbələ”nin sabiq futbolçusu Con Kollins yenidən Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, bu ilin ilk yarısını “Qəbələ”də keçirən 26 yaşlı hücumçu karyerasını sürdürmək istədiyi Bolqarıstanı tərk edib.
Buna səbəb Liberiya əsilli hollandiyalının Sofiyanın “Lokomotiv” klubuna keçidində problemin yaranmasıdır. Zədəli Bazil Karvalyonu əvəzləməli olan Con transfer sənədlərinin yubanması üzündən heç cür “dəmiryolçular”ın heyətində debüt edə bilmir. Bu səbəbdən hücumçu sənədlərinin ardınca Azərbaycana gəlməyə qərar verib. İndi Kollins azad agent statusuna malik olduğunu təsdiqləyən sənədə sahib olmaq istəyir. Hollandiyalı həftəsonuna kimi məsələnin həll olunacağına ümid edir.
Qeyd edək ki, vaxtilə “Tvente” (Hollandiya), “Fulhem” (İngiltərə) kimi klublarda oynamış Kollins Hollandiyanın əsas millisində olduğu kimi, “Qəbələ”də də 2 oyun keçirib.

0
0