Ruslar Azərbaycan futboluna baxacaq
29.09.2011 - 15:44
Rusiyanın Lipetsk şəhərində VIII Beynəlxalq idman filmləri festivalı keçirilir. Apasport.az saytının məlumatına görə, sentyabrın 30-da festivalın konkurs proqramı çərçivəsində Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş “Yerə dəyən top göylərə də qalxar” filmi nümayiş etdiriləcək. “Salnamə” studiyasının istehsalı olan filmin rejissoru Arzu Urşandır.
0
0