“Azərbaycana vurduğum qoldan sonra keçirdiyim hisslər təsvir ediləsi deyil!”
29.09.2011 - 16:01
“Əlbəttə, Azərbaycan yığması ilə oyunda vurduğum qoldan sonra keçirdiyim hisslər təsvir ediləsi deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan millisinin futbolçusu Vitali Yevstingeyev deyib.
Yarımmüdafiəçinin Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə Bakıdakı oyunda (2:3) millidə debütü uğurlu alındı. Belə ki, sona 13 dəqiqə meydana daxil olan Vitalinin topa ilk toxunuşu qolla nəticələndi. Onun uzaq məsafədən vurduğu zərbə qapıçımız Kamran Ağayevə dəyərək, tora qovuşdu.
Futbolçu sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu xoş hisslərlə xatırlayır: “Çox fəxr edirəm və xoşbəxtəm ki, mənə Qazaxıstan yığmasının şərəfini qorumaq etibar olundu. Fikrimcə, Azərbaycanla oyunda birbaşa vəzifəmin öhdəsindən də gəldim. Həmin görüşdə sol ayaqla qol vursam da, solaxay deyiləm. Mənim işlək ayağım sağdır. Ancaq top sol ayağıma gəldi və beləcə zərbə vurdum. Bəzən 20-30 metrdən sol ayağımla vurduğum zərbələr alınır”.

0
0