Azərbaycan yığmasında yeni qapıçı - FOTO
29.09.2011 - 16:04
Azərbaycan yığmasında yeni qapıçı - FOTO
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Sissi Rayt Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sabah – sentyabrın 30-da ilk oyununu keçirəcək yığmamızın düşərgəsinə daha bir futbolçu dəvət edib. Bu, qapıçı Hülya Cindir.

Qeyd edək ki, millimiz sabah Ukrayna futbolçuları ilə qarşılaşacaq.