Vaqif Sadıqov “Anji”də qaldı
29.09.2011 - 17:07
Hacı Hacıyevin “Anji”nin baş məşqçilik postundan kənarlaşdırılmasından sonra komandanın böyük məşqçi vəzifəsini icra edən millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun da istefaya göndəriləcəyi gözlənilsə də, bu baş verməyib. Apasport.az-ın xəbərinə görə, klubun rəsmi saytında Hacıyevin istefasından sonra yenilənmə olub.
Hacıyevin adı məşqçilər korpusunun siyahısından çıxarılsa da, Sadıqovun adı burada qalıb. Bundan başqa, "Anji"nin yeni məşqçiləri də həmin siyahlıdadır.
Belə olan halda böyük məşqçi vəzifəsində çalışan həmyerlimizin daha bir müddət “Anji”də qalacağını söyləmək olar.
Qeyd edək ki, Sadıqov Mahaçqala klubuna məhz Hacıyevin dəvətilə gəlmişdi. Onun isteafaya göndərilməsindən sonra həmyerlimizin də komandadan ayrılacağı ilə bağlı məlumat yayılmışdı.

0
0