Əmrə millimizə qarşı oynamayacaq
29.09.2011 - 17:40
Türkiyə millisinin kapitanı Əmrə Belözoğlu Azərbaycan yığması ilə rəsmi oyunda meydana çıxmayacaq. Apasport.az saytının məlumatına görə, qonşu ölkə mətbuatı 31 yaşlı yarımmüdafiəçinin “ay-ulduzlular”ın Avro-2012-in seçmə mərhələsində son 2 görüşünə - İstanbulda Almaniya və millimizlə həlledici matçlara çağırılmayacağını iddia edir.
“Fənərbaxça”nın son məşqində fərdi hazırlıq keçib, yüngül qaçışla kifayətlənən Əmrənin zədə ilə bağlı ağrıları daha da kəskinləşib. Bu üzdən o, məşqi də yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Yarımmüdafiəçinin ən azı 20 gün meydanlardan kənar qalacağı ehtimal olunur.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.

0
0