Olimpiya mükafatçısı olan futbolçu Azərbaycan yığmasında
29.09.2011 - 18:07
Olimpiya mükafatçısı olan futbolçu Azərbaycan yığmasında
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasına cəlb olunan Hülya Cinin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 16 yaşlı milliləşən qapıçı ötən il Sinqapurda keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

Türkiyə millisinin şərəfini qoruyan istedad final mərhələsinin yalnız ilk oyununda meydana çıxıb. Həmin görüşdə 20 dəqiqə İrana qarşı (4:2) forma geyən Cin sonda komandası ilə birlikdə olimpiya mükafatçısı olub. Belə ki, onun komandası Sinqapurda bürünc medal qazanıb.

Qeyd edək ki, Cin Türkiyə yığmasına da Almaniyanın “Voerştadt” klubundan cəlb olunmuşdu.