Milli komandamızın sabiq futbolçusu Avraam Qranta işarə vurdu
30.09.2011 - 11:08
Azərbaycan milli komandasının sabiq futbolçusu Narvik Sırxayev Rusiyanın “Anji” klubunda baş verənləri dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı məşqçi yetirməsi olduğu, futbolçu karyerasının ən yaxşı illərini keçirdiyi komandada Hacı Hacıyevin baş məşqçi postundan göndərilməyini gözlənilməz sayır. Sırxayevin fikrincə, vaxtilə “Anji”də rəhbərliyi altında oynadığı dağıstanlı mütəxəssisi vəzifəsindən çıxarılmağı ani qəbul edilən qərar deyil: “Belə şey olmur ki, bu gün istefa haqda söhbət də yoxdur, sabah isə məşqçini çıxarırlar. Hələ azarkeşlərin özündən çıxmağına qədər klubda çalışdırıcının dəyişdirilməyi ilə bağlı söhbət gedirdi. Və birdən münasib vaxt yarandı: azarkeşləri qışqırır, komanda bir neçə oyun pis çıxış edir. Yəqin ki, “Anji”nin yeni məşqçisi yoldadır. Rəhbərliyinin yeni məşqçi tapdığını istisna etmirəm”.
Moskva “Lokomotiv”in ikinci komandasında məşqçi işləyən Narvik Mahaçqala təmsilçisini “Çelsi”nin sabiq baş məşqçisi Avraam Qrantın çalışdıracağını düşünür: “Əvvəl belə şayiələr gəzirdi ki, avropalı məşqçi Mahaçqala gəlir, komandanın oyunlarına baxır. Mən kimi nəzərdə tuturam? Avraam Qrant bir neçə dəfə “Anji”nin oyunlarına gəlib. Yerli publikada belə fikir yaranıb ki, artıq məşqçini tapıblar. Üstəlik, indi kluba yeni adamın gəlməyinin ən münasib vaxtıdır. Onun komanda ilə tanış olmaq, futbolçuları iş başında görmək imkanı olacaq. Mütəxəssislər çempionatın fasiləsinə kimi kollektivin müsbət və mənfi cəhətlərini, hansı mövqelərin güclənməyini, nəyin dəyişməyi biləcəklər. Bundan əlavə, bunun üçün vaxt – qış fasiləsi var və 3-cü dövrə münasib zamandır”.
Qeyd edək ki, Sırxayevi 17 oyun keçirdiyi (1997-99-cu illər) milli komandamıza gətirən Vaqif Sadıqov bu ildən “Anji”nin məşqçisidir.

0
0