Fabreqas “Barselona”ya kömək edə bilməyəcək
01.10.2011 - 16:32
“Barselona” mövsümlərası fasilədə heyətinə qaytardığı yetirməsi Sesk Fabreqasın xidmətindən məhrum olub.. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının yarımmüdafiəçisi 3 həftəliyə sıradan çıxdığından, bu müddətdə oynamayacaq. Klubun rəsmi saytı Fabreqas bu gün məşqdə əzələsindən zədə aldığını xəbər verib. “Barselona”nın digər zədəli futbolçuları Fabreqasla yığmada da komanda yoldaşı olan yarımmüdafiəçi Andreas İnyesta ilə Çili yığmasının hücumçusu Aleksis Sançesdir.
Qeyd edək ki, kapitanı olduğu London “Arsenal”dan getməyi üstün tutan Fabreqas “Barsa”ya qayıtdığı 2 ayda İspaniya və UEFA Superkubokunu qazanıb.
Qeyd edək ki, kapitanı olduğu London “Arsenal”dan getməyi üstün tutan Fabreqas “Barsa”ya qayıtdığı 2 ayda İspaniya və UEFA Superkubokunu qazanıb.
0
0