Aqil Nəbiyev milli komandamızdan kənarlaşdırıldı
01.10.2011 - 16:41
Aqil Nəbiyev milli komandamızdan kənarlaşdırıldı
Bu gün Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, Avro-2012-in seçmə mərhələsində Avstriya və Türkiyə yığmaları ilə rəsmi oyunlara çağırılan AZAL-ın kapitanı Aqil Nəbiyev hazırlığa qatılmayıb. Ucaboylu müdafiəçi zədəli olduğu üçün millimizin heyətindən çıxarılıb. Aqil sentyabrın 6-da Qazaxıstan yığması ilə Bakıdakı görüşün (3:2) hələ ilk hissəsində zədə üzündən əvəzləndikdən sonra oynamır.