Samir Əliyev: Uşaqları aldatmaq üçün müəyyən məbləğdə ödəniş ediblər
03.10.2011 - 23:01
“Məsələm hələ açıq qalıb. Hadisələrin gedişini izləyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın hücumçusu Samir Əliyev deyib.
Maliyyə problemi ilə əlaqədar “Rəvan”la matçdan sonra klubdan ayrılan futbolçuların bir qismi sonradan komandaya dönsələr də, “Qarabağ”la qarşılaşmada Samir Əliyevin adına rast gəlmədik. Təbii ki, onun yoxluğu səbəbsiz deyildi. Çünki “Rəvan”la oyundan sonra klubdan ayrılanlardan biri də o idi.
Bəs görəsən, Əliyev niyə geri dönməyib? Sən demə, futbolçuların bu qədər narazılığı qarşılığında rəhbərlik borcunu tam deyil, müəyyən hissəsini ödəyib: “Eşitdiyimə görə, vəziyyət hələ də düzəlməyib. Maaşlar tam verilməyib. Uşaqları aldatmaq üçün müəyyən məbləğdə ödəniş ediblər. Ancaq borclar tam şəkildə verilməyib”.
Həftəsonuna qədər gözləyəcəyini qeyd edən hücumçu vəziyyətin düzəlib-düzəlməyəcəyinə uyğun olaraq konkret qərar verəcəyini vurğulayıb: “Rəvan”la oyundan sonra bütün əşyalarımı toplayıb, özümlə Bakıya gətirmişəm. 3-4 gün gözləyəcəm. Hə, hə, yox, yox! Əgər vəziyyət tam düzəlməsə, geri dönməyəcəm. Yox əksinə, hər şey yaxşılığıa doğru dəyişsə, gedib oynayacam. İndiki məqamda komandada hər şey qaydasına salınmayıb. Fasilə ilə əlaqədar istirahət verilib”.
Sonda onu da qeyd edək ki, “Rəvan”la matçdan sonra vəziyyət düzələcəyi təqdirdə baş məşqçi Əsgər Abdullayev futbolçuların hamısını geri qaytarmalı idi. Ancaq təcrübəli mütəxəssisdən hələ də Əliyevə zəng gəlməyib.

0
0