Məsut Özil: Türkiyədə fitə basılmağımdan qorxmuram
04.10.2011 - 08:57
Məsut Özil: Türkiyədə fitə basılmağımdan qorxmuram
Almaniya milli komandasının futbolçusu Məsut Özil tarixi vətəni olan Türkiyədə fitə basılıb. Apasport.az saytının məlumatına görə, milliyətcə türkiyəli olan, Almaniyada doğulub, boya-başa çatan 23 yaşlı yarımmüdafiəçi Avro-2012-in seçmə mərhələsində “ay-ulduzlular”la oyunla əlaqədar Bundestimin heyətində İstanbula gəlib.

Madrid “Real”ının oyun qurucusu bildirib ki, Türkiyə yığmasında oynamaqdan imtina etməyindən narazı qalan türkiyəli azarkeşlərin onu fitə basmağından incimir: “Əslində türkiyəli azarkeşlər mənimlə fəxr edirlər. Onlar Türkiyə kökləri olan insanın “Real”ın əsas heyətində oynamağına görə şaddırlar. Çoxları mənim Almaniya yığmasında oynamaq qərarıma səmimi qəlbdən hörmət edirlər. Ola bilər ki, məni fitə basacaqlar, ancaq mən bundan qorxmuram. Mən buna peşəkarcasına yanaşmağı və vəziyyətdən çıxmağı bacarıram”.

Qeyd edək ki, Özilin Almaniya yığmasında debütü milli komandamızla 2009-cu ilin avqustunda Bakıdakı rəsmi oyunda (2:0) sonradan meydana çıxmaqla baş verib.