Aleksandr Səmədov: Bu suala cavab verməyə hazır deyiləm
04.10.2011 - 09:31
“Rusiya yığmasının futbolçusu olmağın necə olduğunu hələ deyə bilmərəm. Gərək oteldə məskunlaşım və bu atmosferə “yüklənim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Aleksandr Səmədov deyib. Əslən Azərbaycan olan Moskva “Dinamo”sunun yarımmüdafiəçisi ilk dəfə əsas yığmaya çağırılıb və Avro-2012-in seçmə mərhələsində Slovakiya və Andorra yığmaları ilə oyunlara hazırlığa qatılıb. Orada Moskva “Spartak”ında birgə oynadığı hücumçular Roman Pavlyuçenko və Pavel Poqrebnyakla görüşmək imkanı qazanan Səmədov keçmişi xatırlayıb: “Onlarla restoranla oturduq. Nə haqda danışdıq? Həyatdan, keçmişdən. Köhnə vaxtları xatırladıq. Gələcək haqda danışmağa imkan taparıq, hələ çox vaxtımız olacaq. Onda söhbətləşərik”.
Aleksandr debütünün Slovakiyada reallaşacağını bilmir: “Təbii ki, hər şeyi orada həll etmək lazımdır. Rusiya yığmasının güclü heyəti var. Bu, onun tam gücünə görədir. İndi məndə oynamaq şansının olduğunu bilmirəm. Mən hələ komandada olmamışam. Buna görə də hələ bu suala cavab verməyə hazır deyiləm. Baş məşqçimiz Dik Avdokatdan məni yalnız indi çağırdığına görə incikliyim varmı? Əlbəttə, yox, nə danışırsınız! Fikrimcə, slovakiyalılar evdə yalnız qələbə fikri ilə oynayacaqlar. Öz azarkeşləri qarşısında başqa cür ola da bilməz. Evdə necə oynayacağımızı isə yığmada öyrənməyə çalışacağam”.

0
0