FİFA-nın gözlənilməz qərarı Azərbaycan millisini 1 pillə qabağa saldı
04.10.2011 - 09:47
FİFA-nın gözlənilməz qərarı Azərbaycan millisini 1 pillə qabağa saldı
Sentyabrın 21-də FİFA-nın reytinq cədvəli açıqlanmış və Azərbaycan milli komandası 14 pillə irəliləyərək 359 xalla 98-ci pillədə qərarlaşmışdı. Apasport.az-ın məlumatına görə, bundan sonra FİFA-nın saytında millimizin reytinq cədvəlindəki mövqeyi ilə bağlı növbəti yenilənmə aparılıb.

Hazırkı göstəricilərə əsasən, Azərbaycan milli komandası daha 1 pillə irəliləyərək 97-ci yerdə qərarlaşıb. Növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.