Gəncəli azarkeşlər yenə rekord vurdular
04.10.2011 - 11:01
Azərbaycan Premyer Liqasının sentyabrda keçirilən 25 oyununa 81070 azarkeş izləməyə gəlib. Apasport.az saytının məlumatına görə, avqustda olduğu kimi, ötən ay da ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb.
V turda yerli “Kəpəz”in doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub etdiyi görüşü 15000 azarkeş izləyib. Ən az azarkeş isə həmin turda “Bakı” - “Rəvan”, VI turun “Rəvan” - “Sumqayıt Şəhər” və VIII turun “Qarabağ” - “Turan” oyunlarında qeydə alınıb – 300 nəfər.
Azarkeşlərinin çoxluğu ilə yenə əyalət klubları öyünə bilər. Belə ki, sentyabrda “Xəzər Lənkəran”ın ev oyunlarını 25, “Kəpəz”in ev oyunlarını isə 20 min azarkeş stadiondan canlı izləyib. Sentyabrda bütün paytaxt təmsilçilərinin oyunlarına isə cəmi 12720 azarkeş gəlib.
Azarkeşlərin daha çox marağına səbəb olan oyunlar da V tura təsadüf edib – 36950 nəfər. VI turda 11300, VII turda 15900, VIII turda isə 14920 azarkeş oyunları stadiondan izləyib. Sentyabrda orta hesabla hər oyunu 3242 nəfər canlı izləyib.
Avqust üçün müvafiq göstərici 3581 nəfər olub. Premyer Liqamızın ötən 8 turunun oyunlarını ümumilikdə 159870 azarkeş stadionlardan canlı izləyib.
Mənbə: pfl.az

0
0