Kamal Bayramov “Xəzər Lənkəran”da 137-ci oldu
04.10.2011 - 11:05
Premyer Liqanın VIII turu daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yayda transfer olunan qapıçı Kamal Bayramov karyerasında ilk dəfə lənkəranlıların heyətində rəsmi oyunda meydana çıxıb. Bu, “İnter”lə səfər oyununda olub və cənub təmsilçisi 0:1 hesabı ilə uduzaraq, cari mövsümdə ilk məğlubiyyətini aldı.
Kamal “Xəzər Lənkəran”ın 7 illik tarixində formasını geyən bütün futbolçularının ümumi siyahısına 137-ci kimi daxil olub. O, buna cari mövsümdə nail olan 11-ci futbolçudur. 26 yaşlı qapıçıya qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo və Eldar İsmayılov da Lənkəran təmsilçisində debüt etmişdilər.
Qeyd edək ki, indiyədək “Xəzər Lənkəran”ın şərəfini qorumuş 137 futbolçudan 53-ü yerli, 84-ü legionerdir.

0
0