Primeronun ən yaxşıları - Mourinyo və Messi
04.10.2011 - 11:26
İspaniyada ötən mövsümün ən yaxşıları mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ının çalışdırıcısı Joze Mourinyo Primeroda 2010/11 mövsümünün ən yaxşı məşqçisi sayılıb.
“Kral Klubu” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında debüt mövsümündə yalnız 1 titul – ölkə kubokunu qazana bildi, çempionatın gümüş medalçısı oldu, Avropada isə Çempionlar Liqasının yarımfinalında əzəli rəqibi “Barselona”ya uduzdu.
Primeroda ötən mövsümün ən yaxşı futbolçusu isə “Barselona”nın argentinalı hücumçusu Lionel Messi olub. O, ardıcıl 3-cü dəfə bu mükafata layiq görülüb.

0
0