Millimizin sabiq futbolçusu erməni ilə görüşündən danışdı
04.10.2011 - 12:12
Millimizin sabiq futbolçusu erməni ilə görüşündən danışdı
“Ağır oyun keçdi. Uşaqlar əsl kişidirlər, sonadək vuruşdular. Onlar tələb etdiyim hər şeyi yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev deyib.

Rusiya çempionatının II divizionunun Cənub zonasında çıxış edən “Daqdizel”in baş məşqçisi olan həmyerlimiz son turun “Slavyansk” klubu ilə görüşü haqda fikirlərini açıqlayıb. Ağayev milliyyətcə erməni Eduard Sarkisovun baş məşqçisi olduğu komanda ilə prinsipial dueldəki 1:0 hesablı qələbəni ən vacib uğur sayır: “Cari mövsümdə daha inamlı, daha böyük hesablı qələbələr də qazanmışıq. Bu dəfə minimal hesabla qalib gəldik. Lakin bu, ən vacib qələbəmiz idi. Turnir cədvəlinə görə kubanlılar əsas rəqibimizdir. Bu səbəbdən də onlarla oynamaq ağır və xoş idi. Belə matç azarkeşlərin də xoşuna gəldi. Qolumuz isə yaxşı alındı”.

Qeyd edək ki, erməni məşqçinin komandası ilə oyunun ən yaxşısı “İnter”in sabiq kapitanı, 2 qat Azərbaycan çempionu Əliyar İsmayılov seçilib.