“Xəzər Lənkəran” və “Qarabağ” - 5, “İnter” - 0
04.10.2011 - 14:23
“Xəzər Lənkəran” və “Qarabağ” - 5, “İnter” - 0
Premyer Liqanın arxada qalan 8 turunda yalnız 25 futbolçu öz komandası üçün əvəzolunmaz olub. Apasport.az saytının məlumatına görə, 15 futbolçu 8 qarşılaşmanın hərəsində 90 dəqiqə oynamaq imkanı əldə edib.

Daha 10 futbolçu isə 1 oyun az keçirən komandaların heyətində bütün matçları əvəzolunmadan iş başında olub. Bu da “Neftçi” – “Qarabağ” matçının təxirə salınması, “İnter” – “Bakı” oyununun başa çatmamağı ilə bağlıdır.

Elə bu 4 komandanın futbolçuları üçün də maksimum 7 qarşılaşmada 90 dəqiqə oynamaq lazım idi. Lakin “İnter” Premyer Liqada yeganə klubdur ki, heyətində heç kim əvəzedilməz deyil. “Xəzər Lənkəran” və “Qarabağ” isə hamıdan çox - 5 belə üzvü ilə öyünə bilər. Son çempion “Neftçi” isə 3-lə kifayətlənir.

Premyer Liqanın əvəzolunmazları

AZALCahangir Həsənzadə
BakıDenis İvanov, Marko Şarliya
İnter-
KəpəzYuri Fomenko
NeftçiDenis Silva, Rail Məlikov, Saşa Stamenkoviç
QarabağAdmir Teli, Ansi Aqolli, Boyan Pavloviç, Namiq Yusifov, Rəşad Sadıqov
QəbələLuiz Paulo Hilario, Pavel Dorosev
RəvanMiloş Zeçeviç
SimurqAdnan Hodziç
Sumqayıt ŞəhərAndriy Popoviç, Ruslan Tağızadə, Samir Abasov
TuranSergey Artyux
Xəzər LənkəranAdrian Pit, Andrey Muresan, Eder Bonfim, Rahid Əmirquliyev, Rikardo Qomeş