Rauf Əliyev milli komandamızın məşqini buraxdı
04.10.2011 - 14:57
Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyevin sağlıq durumunda növbəti dəfə problem yaranıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la oyunda zədələndikdən sonra son 2 turda meydana çıxmayan 22 yaşlı hücumçu millinin düşərgəsində xəstələnib. Soyuqlayan Raufun hərarəti qalxıb və bu üzdən bugünkü məşqi buraxıb. Onun hazırlıq durumuna Avstriya yığması ilə görüş öncəsi qərar veriləcək.
Qeyd edək ki, millimiz Avro-2012-in seçmə mərhələsində Avstriya ilə ev oyunu oktyabrın 7-də “Dalğa Arena”da keçirəcək.
Qeyd edək ki, millimiz Avro-2012-in seçmə mərhələsində Avstriya ilə ev oyunu oktyabrın 7-də “Dalğa Arena”da keçirəcək.
0
0