“Topaz+”da daha 5 qalib - FOTO
04.10.2011 - 15:06
“Topaz+”da daha 5 qalib - FOTO
“Topaz+” müsabiqəsində III turun 5 qalibinin adı artıq məlumdur. Apasport.az saytının məlumatına görə, bunlar Əliyev Vüsal Yaşar oğlu (1990-cı il təvəllüdlü), Ağayev Vüsal Mahir oğlu (1989-cu il), Məstəliyev Kənan Məstəli oğlu (1983-cü il), Muradov Elçin Əkrəm oğlu (1988-ci il), Mirzəyev Faiq Mirzəağa oğludur (1981-ci il).

Hər qalib, hədiyyə olaraq, oktyabrın 7-də “Dalğa Arena”da Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 2 pulsuz VİP bilet əldə etdi.

Hazırda IV tura start verilib.

Qeyd edək ki, 23 sentyabr – 4 oktyabr tarixləri arasında keçirilən müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə olan tutbol haqqında 8 sual hər çərşənbə axşamı və cümə günü, saat 12:00-dan sonra www.topaz.az saytında yerləşdirilir və məhz bu gün də ötən həftənin qalibləri müəyyən olunur. Ətraflı məlumat üçün www.topaz.az saytına daxil ola və ya (012) 499 76 17 nömrəsinə zəng edə bilərsiniz.