AFFA “Neftçi”dən Elvin Əliyevi döyənlərin cəzalanmasını tələb edir
04.10.2011 - 15:30
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda Premyer Liqanın VII turunun “Neftçi” - “Bakı” oyunundan sonra yaşanan qalmaqala da baxılıb.
Belə ki, həmin görüşdən sonra “Bakı”nın futbolçusu Elvin Əliyev vəhşicəsinə döyülmüşdü. Bu hadisə kütləvi informasiya vasitələrində əks olunsa da, adıçəkilən insident barəsində matçın AFFA nümayəndəsi və “Bakı” klubu tərəfindən İntizam Komətəsinə yazılı müraciət olunmamışdı.
Qalmaqala yenidən baxan İK bununla bağlı hər iki komandaya daxili intizam qaydalarını gücləndirməsini tövsiyyə, həmçinin “Neftçi” rəhbərliyinə baş vermiş olayla bağlı təqsirkar şəxslər haqqında lazımi ölçü götürməsini tələb edib.
İK qərarında bildirilir ki, “ağ-qaralar” Premyer Liqanın növbəti ev oyunları zamanı ictimayi asayişi gücləndirib, analoji hadisənin baş verməməsi üçün lazımi tədbirlər görsün. Əks halda, oxşar olayın baş verəcəyi təqdirdə komandaya qarşı ən sərt tədbirlər görüləcək.
Daha sonra Hakim-İnspektorlar Komitəsinin matçın AFFA nüməyəndəsi haqqında qərar qəbul etməsi və yazılı surətdə İntizam Komitəsinə məlumat verməsi qeyd olunub.

0
0