AFFA keçmiş hakimini cəzalandırdı
04.10.2011 - 15:36
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda müzakirə olunan məsələlər arasında Premyer Liqanın VIII turunda baş verən qanun pozuntuları da olub.
Komitə “Qəbələ”– “Rəvan” matçının 76-cı dəqiqəsində qırmızı vərəqə alan Şerif Sumanı 2 oyunluq cəzalandırıb. Legioneri “Rəvan”ı 2000 manat xərcə salıb.
“Simurq” – “Neftçi” matçında isə meydan sahiblərinin azarkeşləri komandalarını ziyana salıblar. Onların qarşılaşmanın 69-cu dəqiqəsində meydançaya kənar əşya atması klubun 2000 manat cərimə olunması ilə nəticələnib.
“Simurq” baş meneceri Zöhrab Əliyev üçün də xərcə düşməli olacaq. Vaxtilə AFFA-nın ən çox güvəndiyi gənc hakimlərdən olan sabiq ədalət təmsilçisi 5 oyunluq cəzalanıb, klubu isə 5000 manat cərimələnib. Buna Əliyevin oyun başa çatdıqdan sonra sabiq həmkarlarını təhqir etməsi səbəb olub.

0
0