Millinin baş məşqçisi rəsmən təqdim olundu
04.10.2011 - 15:45
Avstriya milli komandasının yeni baş məşqçisinin rəsmi təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan mərkəzi avropalılar gözlənildiyi kimi Marsel Kollerə tapşırılıb. İsveçrəli mütəxəssislə DÇ-2014-ün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Ditmar Konstantininin istefasından sonra yığmaya rəhbərlik edən idman direktoru Villi Ruttensteyner qarşıdakı 2 matçdan sonra bu postu Kollerə təhvil verəcək. O, oktyabrın 7-də Azərbaycan, 4 gün sonra Qazaxıstanla səfər matçlarında iş başında olacaq.

0
0