“Çoxlu amillər var ki, bunlara görə Azərbaycan yığmasında oynaya bilmərəm”
04.10.2011 - 16:20
“Avqusta məni Azərbaycan yığmasına dəvət etdikləri zaman nəsə yeni şey təklif olunması vacib deyil. Onlar məni komandada görmək istəyirdilər. Ancaq çoxlu amillər var ki, bunlara görə Azərbaycan yığmasında oynaya bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının futbolçusu Aleksandr Səmədov deyib.
Əslən Azərbaycandan olan Moskva “Dinamo”sunun 28 yaşlı yarımmüdafiəçisi Avro-2012-in seçmə mərhələsində Slovakiya ilə rəsmi oyunla əlaqədar səfərə yollanması ərəfəsində Rusiya mətbuatına müsahibə verib.
Azərbaycan yığmasından oynamamağı ilə bağlı rus həmkarımızın sualını cavablandıran Səmədov atasının məsələyə münasibətindən də danışıb: “Rusiya çempionatında legionerə limitin olmağı Azərbaycan yığmasında oynamamağına səbəb olan amillərdən biridir. Bu, öz rolunu göstərsə də, əsas deyil. Atam artıq 40 ildən çoxdur Moskvada yaşayır. O, əksinə, hər şeydə məni dəstəkləyir. Buna görə də deyir ki, gözlə və səni mütləq Rusiya yığmasına çağıracaqlar. İndi komandaya qələbə qazandırmaq istəyirəm. Slovakiyaya yalnız belə əhval-ruhiyyədə yollanıram”.

0
0