Azərbaycan - Braziliya - 31:10
04.10.2011 - 16:27
Azərbaycan - Braziliya - 31:10
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümünün arxada qalan hissəsində 24 ölkədən olan futbolçular qol vurub. Apasport.az saytının məlumatına görə, arxada qalan 8 turun 47 matçında vurulan 100 qolda ən çox əməyi olan yerli futbolçulardır.

“İnter” – “Bakı” görüşündəki texniki nəticəni (3:0), həmçinin 4 avtoqolu nəzərə almadan vurulan bu sayda qolun 31-i, eyni zamanda, 31 faizi bizimkilərin payına düşür. Təbii ki, milliləşənlər – Azərbaycan futbolunun yetirməsi olmayanların qolları bu cəmdə nəzərə alınmayıb. Onlar əslən hardan olduğu ölkənin adından qol vurublar.

Bu cür yanaşma ilə 23 ölkədən gələn legionerlər fərqlənə bilib. Onlar arasında liderlik isə Ukraynaya məxsusdur. 8 turda 4 qol vuran 3 oyunçudan 2-nin vətəni olan Ukrayna 11 qola sevinib. Braziliyalılar isə Premyer Liqamızda 10 dəfə rəqib qapısına yol tapıb.

Ümumilikdə isə 23 ölkə arasında Yamayka, Kosta-Rika, Syerra Leone, Burkina-Faso kimilər də var. Futbol ölkələrindən isə Argentina, Portuqaliya təmsilçisinin də Azərbaycanda qol vurması mümkün olub.

Azərbaycan31
Ukrayna11
Braziliya10
Seneqal6
Gürcüstan5
Nigeriya4
Albaniya3
Özbəkistan3
Rumıniya3
Sierra Leone3
Rusiya2
Burkina-Faso2
Kamerun2
Litva2
Mərakeş2
Moldova2
Xorvatiya2
Argentina1
Belarus1
Kosta-Rika1
Latviya1
Makedoniya1
Portuqaliya1
Yamayka1