Arda Turan yenə yığmamızla görüşü buraxa bilər
06.10.2011 - 13:39
Türkiyə milli komandasının 8 futbolçusu Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə oktyabrın 11-də İstanbulda keçiriləcək oyunu buraxa bilər. Apasport.az saytının məlumatına görə, Emre Belözoğlu, Səlcuk Şahin, Sərvət Çətin, Hakan Balta, Kazım Kazım, Səbri Sarıoğlu, Arda Turan, Burak Yılmaz və Yekta Kurtuluşun hesabında cari seçmə mərhələdə 1 sarı vərəqə var. Yəni onlardan Almaniya ilə sabahkı ev oyununda sarı vərəqə alanlar cəzalı duruma düşərək, millimizlə görüşü buraxacaq. “Ay-ulduzlular”da sarı vərəqəsi olan daha 1 futbolçu - Mehmet Topuz isə Almaniya və Azərbaycanla oyunlara çağırılmayıb.
Qeyd edək ki, bu futbolçulardan Arda millimizlə 1 il öncə səfər oyununu zədə üzündən buraxaraq, heç Bakıya gəlmədi.
Qeyd edək ki, bu futbolçulardan Arda millimizlə 1 il öncə səfər oyununu zədə üzündən buraxaraq, heç Bakıya gəlmədi.
0
0