Tomas Turesson: Azərbaycan yığması çox yaxşı futbolçulara malikdir
07.10.2011 - 10:15
“Azərbaycan futbol ölkəsi kimi tanınmır. Lakin bu heç də həqiqəti əks etdirmir. Reallıq ondan ibarətdir ki, bu yığmada çox yaxşı futbolçular var”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveç milli komandasının (U-19) baş məşqçisi Tomas Turesson deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı məğlubiyyət (0:1) haqda danışıb: “Düzdür, biz əvvəldən də bilirdik ki, rəqibimiz necə güclüdür. Lakin bu da bizə kömək etmədi. Komandamız heç cür qol vura bilmədi. İndi isə çox məyusuq. Evdə uduzmuşuq. Hərçənd bu yarışa çox yaxşı hazırlaşmışdıq”.

0
0